Azərbaycanda uşağın zəncirlənməsi iddiası: DİN araşdırmaya başladı

25.07.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycanda uşağın anası tərəfindən uzun müddət zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumatlar araşdırılır.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli Trend-in sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ ilə bağlı ərazi polis idarəsində araşdırma aparılır.

"Uşaq ilkin tibbi müayinədən keçirilməsi və sığınacaqla təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Həmçinin ananın narkoloji və psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılacaq", - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, uşaq illərlə bağlı saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial mühitdən məhrum edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью