Azərbaycanda uşağına üç ad vermək istəyib: Qarşısı alınıb

11.01.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.

"Cebheinfo.az" modern.az-a istinadən xəbər verir ki, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: “Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil” .

Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:

“Məsələn, uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib”.

"Cebheinfo.az"
 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью