Azərbaycanda uşaqlara ən çox qoyulan adlar...

08.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oğlan uşaqlarına ən çox Uğur, Raul, Hüseyn, Əli, Yusif, Miran, Ömər, Ayxan, Tunar, Murad adları qoyulub. Qız uşaqlarına isə valideynlər Melisa, Zəhra, Zeynəb, Məryəm, Aylin, Nilay, Ayla, İnci, Alisa, Fatimə adlarını qoymağa üstünlük veriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью