Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Valideynlər övladlarına ad seçərkən həm ənənəvi, həm də qeyri-standart adlara üstünlük verirlər. Lakin qanunvericiliyə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, gülünc və ya cinsinə uyğun olmayan adların verilməsinə yol verilmir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2026-cı ilin ilk 9 ayında oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.
2026-cı ilin ilk 9 ayında uşaqlara ən çox verilən adlar:
Oğlan adları:
Uğur – 1143
Raul – 896
Miran – 772
Əli – 749
Hüseyn – 732
Yusif – 611
Murad – 513
Ömər – 496
Tunar – 464
Ayxan – 461
Qız adları:
Melisa – 847
İnci – 806
Alisa – 785
Məryəm – 748
Nilay – 740
Aylin – 729
Ayla – 667
Zəhra – 650
Zeynəb – 619
Miray – 519
Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir.
Valideynlərə ad seçərkən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndən və ya Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsindəki Azərbaycan adları ilə bağlı məlumat bölməsindən istifadə etmələri tövsiyə olunur.
Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, uşağın mənafeyinə xələl gətirən, cinsinə uyğun olmayan və ya gülünc adların verilməsinə yol verilmir.
Övlad üçün ad seçərkən onun gələcəkdə bu adla necə yaşayacağını və cəmiyyətdə necə qarşılanacağını nəzərə almaq vacibdir.