Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstraliyada 16 yaşdan aşağı olanların sosial şəbəkələrə girişini qadağan edən qanun qəbul edilib.
Türkiyədə də bu barədə müzakirələr gedir.Bəs Azərbaycanda necə, belə bir qanunun qəbuluna ehtiyac varmı?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Avstraliya Senatı 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu təsdiqləyib: “Qanun pozuntusu edən şirkətlərə isə 50 milyon Avstraliya dollarına qədər cərimə tətbiq ediləcək.
Sənəddə hansı platformaların qadağan olunacağı tam dəqiq bildirilmir.
Avstraliyanın rabitə naziri Mişel Rouland bunun TikTok, Instagram, X, Facebook, Reddit, Snapchat-a aid olacağını söyləyib.
Xüsusilə burada əsas məsələ istifadəçilərin yaşının dəqiq necə müəyyən ediləcəyidir. Lakin bununla bağlı hələ ki tam dəqiq məlumat yoxdur.
Avstraliya hökuməti növbəti altı ay ərzində bir neçə texnologiyanı sınaqdan keçirməyi planlaşdırır.