Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycanda 1–18 yaş arası uşaqlara aylıq 100 manat uşaqpulu vermək üçün nə qədər vəsait lazımdır?
Azərbaycanda uşaqpulu məsələsi uzun illərdir gündəmdədir. Əhalinin sosial rifahının artırılması, gənc ailələrin dəstəklənməsi və demoqrafik
Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib.
İqtisadçı bildirib ki, əgər hökumət 1-18 yaş arası bütün uşaqlara ayda 100 manat uşaqpulu versə, dövlət büdcəsindən nə qədər vəsait tələb olunardı?
“Rəsmi statistikaya görə, Azərbaycanın ümumi əhalisi 10 milyon 397 min 713 nəfərdir. Bizim hesablama üçün 1–18 yaş qrupu əsas götürülüb.
Bu, 0–14 yaş + 15–18 yaş intervallarını əhatə edir. 15–18 yaş təxminən 4,5% hesablandıqda, ümumi pay 26,8% olur.
Əgər hər bir uşağa ayda 100 manat uşaqpulu verilsə, aylıq ümumi xərc 278,7 milyon manat edəcək.