Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir. Son dövrlər ölkəmizdə üzgüçülüyə maraq artmaqdadır. Bu da əbəs yerə deyil.
Digər idman növləri kimi burada da dövlətin dəstəyi ilə maddi-texniki baza gücləndirilib, mütəxəssislər yetişdirilib, təlim-məşq toplanışlarının sayı artırılıb və kütləviləşməsi istiqamətində bir sıra addımlar atılıb.
Qalıb yalnız bunun ardını gətirmək. Təbii ki, söhbət üzgücülərimizin beynəlxalq arenadakı uğurlarından gedir.
Bu növün inkişafı bizi Olimpiadalarda yeni zirvələrə də yüksəldə bilər.
Axı, yay olimpiya oyunlarında da üzgüçülüyün xüsusi çəkisi var və medal baxımından daha zəngindir.
İdman.biz-in əməkdaşı hazırda bu idman növünün sabahını araşdırıb, uğura gedən yoluna və bu yolda qarşıya çıxan problemləri ortaya çıxarıb.
Təbii ki, bu gün tələb və təklif modelindən dolayı artan tək maraq yox, həm də qiymətlərdir.
Məlum məsələdir ki, üzgüçülüyün özünəməxsus xərcləri digər idman növlərindən həmişə fərqlənib, bu gün isə aktual sual həmin məbləğin keyfiyyətlə nə qədər mütənasib olmasıdır.Üzgüçülükdən danışarkən, ağla ilk olaraq bu sahədə dünya standartların malik Bakı Su İdmanı Sarayı gəlir.