Azərbaycanda valideynlik hüququndan məhrum edilənlərin SAYI AÇIQLANDI

23.10.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Ötən il 73 nəfər valideynlik hüququndan məhrum edilib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, məhkəmə qərarlarına əsasən, 8 nəfərin isə valideynlik hüququ məhdudlaşdırılıb.
2023-cü ildə isə valideynlik hüququndan məhrum edilənlərin sayı 72, valideynlik hüququ məhdudlaşdırılanların sayı 7 olub.
2024-cü ildə məhkəmə qaydasında 438 atalığın və atalığın tanınması faktı qeydə alınıb.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью