Azərbaycanda vəfat edən meyxanaçıya süni intellektlə klip çəkildi

10.06.2025

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərhum meyxanaçı Xəyyam Quliyevə süni intellektlə klip çəkilib. 

BAKU.WS xəbər verir ki, ifanı tanınmış meyxanaçı Namiq Qaraçuxurlu səsləndirib.

Ekran işində Xəyyam süni intellektlə canlandırılıb. 

Mahnının söz və musiqisi Xəyyam Quliyevin özünə aiddir. Kompozisiyanı Rasim Əsgərov aranjıman edib. 

Klip mərhum meyxanaçının əziz xatirəsinə ithaf edilib.

Xatırladaq ki, Xəyyam Quliyev 2023-cü ildə insult keçirib və onda ağır ürək problemi yaranıb. Meyxanaçı ötən il dekabrın 3-də uzun sürən xəstəlikdən sonra vəfat edib.  Xəyyam Əhmədli "Hələ oğlun salamatdır" meyxanası ilə məşhurlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью