Azərbaycanda Vəkil Günüdür FOTOLAR

28.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Dekabrın 28-də Vəkil Günü münasibətilə ənənəvi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Gununsesi.info xəbər verir ki, ARVK-nın rəhbərliyi, orqanları və qurum rəhbərləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə Vəkil Günü peşə bayramı kimi qeyd olunur.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью