Azərbaycanda vergi borcları 2,5 milyard dollara çatıb

13.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il oktyabrın 1-nə Azərbaycanda vergi borcları 4 milyard 248 milyon manat (təxminən 2,5 milyard ABŞ dolları) təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.

Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 939,2 milyon manat və yaxud 28,4 % çoxdur.

Son 1 ildə isə ölkədə vergi borcları 1 milyard 78,7 milyon manat və yaxud 34 % artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью