Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi ödəyicilərinə 752 331 xidmət göstərilib.
“Yeni Sabah” xəbər verir ki, DVX-dən verilən məlumata görə, hesabat dövründə quruma ümumilikdə 454 838 müraciət daxil olub. Müraciətlərin qəbulu və icrası çərçivəsində 5 379 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, 4 348 vergi ödəyicisinin iştirakı ilə isə 318 görüş keçirilib.
Bundan başqa, 10 ay ərzində vergi ödəyicilərinə 18,6 milyon bildiriş göndərilib, 22,7 min yazılı müraciət cavablandırılıb. Eyni zamanda, 253 774 müraciət üzrə 401 349 “Asan İmza” sertifikatı təqdim edilib. Elektronika məhsulları
Cəlalə Cəlalqızı