Azərbaycanda vergi ödəyicilərinin sayı 1.6 milyona yaxınlaşıb | Icma.az
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır. 2024-cü il noyabr ayının 1-nə ölkə üzrə uçotda olan 1.583.592 vergi ödəyicisinin 8
Banco.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərin
Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,9 faiz olub.
Qeyd edilib ki, 2024-cü il noyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 187.674 vahid təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb.
Yanvar-oktyabr aylarında 11.670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi (10 421) yerli investisiyalı, 10,7 faizi (1249) xarici investisiyalıdır.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
Kommersiya qurumlarının 9.658-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 7.841-i Asan İmza, 1.783-ü finkod+mobil üsulu, 34-ü isə “SİMA” rəqəmsal imza vasitəsilə müraciətlər əsasında qeydiyyatdan keçib.
Ən sərfəli kredit üçün müraciət et 2024-cü il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39.399 vahid təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb.
Tam oxu
Xəbəri oxu