Azərbaycanda Vergi Xidmətinin rəis müavini işdən çıxarıldı

02.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Nihad Rəsul oğlu Məhəmmədzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью