Azərbaycanda Vətən müharibəsi iştirakçısı yol qəzasında öldü Foto

16.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Göygöl rayonunda Vətən müharibəsi iştirakçısı yol qəzasında həyatını itirib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.

Belə ki, 27 yaşlı Hacıyev Haxoy Ələslan olduğu idarə etdiyi "Niva" markalı maşını aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan eyni kəndin sakinləri Orxan və Rövşən adlı şəxslər isə yaralı vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью