Azərbaycanda vətəndaşların ölümlə bağlı birdəfəlik müavinətin alması ilə bağlı şərtlər var

18.11.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Vətəndaşları son zamanlar narahat edən məsələlərdən biri də “ölümlə bağlı birdəfəlik müavinət”in alınması zamanı qarşılaşdıqları çətinlikdir. Çox zaman başı hüzürünə qarışan insanlar sonradan belə bir müavinətin olduğunu öyrənir, almaq istəyir və çətinliklə qarşılaşırlar.Bəs bu müavinətin alınması zamanı problemlər qarşılaşmamaq üçün nə etməli?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şəxs vəfat etdiyi zaman onun yaxınları onun vəfat etməsinə görə, birdəfəlik ödənişi əldə edilə bilərlər: "Birdəfəlik ödəniş vəfat edən şəxsin ailəsindən yalnız həmin şəxs pensiyaçı olduqda və ya sığortaolunan olduqda, yəni rəsmi şəkildə hansısa bir yerdə işlədikdə, rəsmi gəliri olduqda və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda onun ailəsinə ödənilir".

Ramil Süleymanov / Foto: Bizimyol.info

Ramil Süleymanov vurğulayıb ki, birdəfəlik ödəmə 500 manat təşkil edir və yaxud şəxsin pensiya hüququ olduqda pensiya məbləğinin və ya əməkhaqqının 3 misli miqdarında ödəniş olunur.

Hüquqşünas bildirib ki, bidəfəlik müavinət üçün vəfat edən şəxsin ailə üzvləri müvafiq sənədlərlə DOST mərkəzinə və ya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq şöbələrinə müraciət edərək müavinəti tələb edə və ala bilərlər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью