Azərbaycanda vəzifəli şəxs özünü öldürdü

06.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

Lent.az-ın verdiyi xəbərə görə, Lerik rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью