Azərbaycanda vəzifəli şəxsin gəmisinin mühüm sənədi yoxa çıxdı

23.07.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda vəzifəli şəxsin refrijerator gəmisinin mühüm sənədi itib. 

Ölkə.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, sözügedən xoşagəlməz hadisə ilə “Valentina” gəmisinin sahibi Səyyad Ələsgərov üzləşib. 

Belə ki, 2004-cü il iyunun 16-da Dövlət Dəniz Administrasiyası tərəfindən “Valentina” gəmisinin sahibi Ələsgərov Səyyad Əlməhəmməd oğlunun adına verilmiş gəmiyə mülkiyyət hüququ haqqında D G R-0377 nömrəli şəhadətnamə itib. 

Buna görə də sənəd itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, refrijerator gəmisi tez xarab olan məhsulların dasınması üçün içərisində soyuducu qurğu olan gəmidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью