Azərbaycanda voleybol komandasının adı dəyişdirildi

09.09.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni mövsümdən qadınlar arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq "Möminə Xatun" voleybol komandasının adı dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Muxtar Respublika təmsilçisi "Naxçıvan" adı altında fəaliyyət göstərəcək.

Bildirilib ki, təsisçi və klub rəhbərliyinin ortaq qərarı, Azərbaycan Voleybol Federasiyasının razılığı ilə klub bundan sonra fəaliyyətini "Naxçıvan" adı altında davam etdirəcək.

Bu addım komandanın həm yerli, həm də gələcəkdə beynəlxalq arenada Naxçıvanın vahid idman brendi kimi tanınmasına xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью