Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkəmizin qadınlardan ibarət voleybol yığması İslamiadada finala çıxsa da, avrokuboklarda çıxış edən klubların hədsiz uğursuz nəticələr göstərməsi heç kimə sirr deyil. Məsələn, kişilərdən ibarət “Xilasedici” dünən Çağırış kubokunun 1/32 final mərhələsinin ilk oyununda səfərdə “Styaua” ilə qarşılaşdı. Oyun Rumıniya klubunun aşkar qələbəsi ilə başa çatdı – 3:0 (25:21, 25:20, 25:20). Düzdü, noyabrın 20-də Bakıda bu komandalar arasında cavab oyunu da keçiriləcək. Ancaq “Xilasedici”nin 1/16 finala vəsiqə qazanacağına inanan yoxdu. Azərbaycan Voleybol Federasiyasının “feysbuk” hesabında bu oyunun nəticəsi ilə bağlı paylaşımın altına yazılan rəylərdən də inamsızlığı sezmək mümkündü. Nicat Quliyev belə yazıb: “Azərbaycanda voleybol ölüb, basdıran lazımdı, başqa heç nə”.
ORXAN