Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb QRAFİK

22.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 105,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı illik müqayisədə 5,4 faiz azalaraq 5,3 min kvadratmetr təşkil edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu ilin səkkiz ayında Azərbaycandan xarici bazarlara 243,22 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə illik müqayisədə 14 faiz azalaraq 10 milyon 946,93 min dollar təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2,2 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. Həmin dövrdə Azərbaycandan 55,8 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib, idxal isə 12 milyon 734,74 min dollar təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью