Azərbaycanda xarici kəşfiyyata işləyən 7 nəfər müəyyən edildi

10.01.2025

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.

Qeyd edilib ki, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью