Azərbaycanda xəstəlik vərəqələri elektronlaşır

15.05.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bu il mayın 1-dən etibarən sığortaolunan şəxslər üçün xəstəlik vərəqələri yalnız elektron sənəd formasında tərtib edilir.

Səhiyyə Nazirliyindən News24.az-a bildirilib ki, bu sənədlər Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən hazırlanır və Dövlət Sosial Müdafiə Fondunun ƏMAS altsisteminə birbaşa elektron qaydada ötürülür.

Kağız daşıyıcıda xəstəlik vərəqələrinin təqdim olunmasına ehtiyac qalmır.

Proses daha sürətli, şəffaf və əlçatan şəkildə həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью