Azərbaycanda xəstəxanaya yeni direktor TƏYİN OLUNDU

13.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Elnur Məzahir oğlu Abdullayev sözügedən vəzifəyə gətirilib.

Yeni direktor bu gün kollektivə təqdim edilib.

Elnur Abdullayev bundan əvvəl xəstəxanada direktor müavini-baş həkim vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью