Azərbaycanda xristian dövləti quran xalq: Albanlar kimlər idi, indi haradadırlar? | Icma.a…
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır. Albanların varisləri indiki Udinlərə bağlamaq qeyri peşəkarlıqdır. E.ə.
IV əsrdən eramızın VII əsrinədək dövləti olan, ən geci V əsrdən yazısı olan albanlarla kiçik bir tayfa olan udinlərin eyniləşdirilməsi heç bir məntiqə sığmır.
Tarixçilərin qeyd etdiyi kimi, Qafqaz dillərindən, daha dəqiq desək, Nax-Dağıstan dillərindən heç biri Azərbaycan ərazisində heç vaxt ümumünsiyyət vasitəsi olmamışdır.Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, 1917-ci il-də nəşr edilmiş "Rus-Çin lüğəti" adlı kitabda bizi maraqlandıran bir məqam var:“Belə ki, rus dilindən Çin dilinə tərcümədə “Alban” sözünü “Azərbaycan” deyə tərcümə ediblər.
Bu barədə Oljas Süleymanov da öz əsərində qeyd edir. Qafqazda yerləşən Albaniya ölkəsini bəzi xalqların adına bağlamağa cəhdlər olub.
1846-cı ildə rus şərqşünası M.Yanovskinin tədqiqatlarından sonra Albaniyanın Azərbaycan olduğu bütün dünyaya bəyan edilib.
Onun bu mövqeyi B.Dorn tərəfindən də qəbul olunub. Beləliklə, Albaniyanın “Qafqaz Azərbaycanı” olması təsdiqlənib.
Albaniya Azərbaycanın ilkin dövlətlərindən biridir. Bu dövləti formalaşdıran Azərbaycanın avtoxon türk xalqlarının 32 tayfası olub.
Tam oxu
Xəbəri oxu