Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib

07.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Səhiyyə Nazirliyinin Kollegiyası “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edilib.

“Report”un məlumatına görə, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью