Azərbaycanda yanğın səbəbləri ilə bağlı xoşagəlməz statistika

22.10.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cari il ərzində Azərbaycanda qeydə alınan yanğınların 50%-i elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, yanğınların 18%-i nəqliyyat vasitələrinin istismarı zamanı qayda pozuntuları, 6%-i odla ehtiyatsız davranış, 1%-i tütün məhsullarından istifadə, 1%-i isə məişətdə qaz, kerosin, benzin və digər yanacaqlarla işləyən qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar olub.

Nazirlikdən qeyd edilib ki, cari il ərzində statistikada qeydə alınan yanğınların 9%-ni qəsdən yandırma halları təşkil edib.

Yanğınların baş verdiyi yerlər üzrə bölgüsünə əsasən, hadisələrin 60%-i çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 22%-i nəqliyyat vasitələrində, 7%-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda qeydə alınıb.

Yanğınların 3%-i ticarət obyektlərində, 2%-i əkin üçün nəzərdə tutulan sahələrdə, 1%-i isə açıq sahələrdə baş verib.

Xatırladaq ki, 2026-cı ilin birinci yarımilliyinin (yanvar-iyun) rəsmi statistikasına əsasən, Azərbaycanda baş verən yanğınlarda 22 nəfər həlak olub, 71 nəfər isə xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью