Azərbaycanda yanğın: yüzdən çox ev quşu tələf oldu

26.01.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İmişli şəhərində yanğın hadisəsi baş verib.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin N. Nərimanov küçəsində, Xanış Nuriyevə məxsus təsərrüfatda qeydə alınıb.

Belə ki, yardımçı tikilidə başlayan alov anidən güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.

Buna baxmayaraq, tikili yararsız hala düşüb və 100-dən çox ev quşu tələf olub. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью