Azərbaycanda yanğınlar ən çox bu səbəblərdən baş verir RƏSMİ

07.07.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanğınlar hər il ölkədə insan həyatı və ətraf mühit üçün ciddi təhlükə yaradan əsas fövqəladə hadisələrdən biri olaraq qalır. Xüsusilə yay aylarında havanın yüksək temperaturu səbəbindən yanğın riski artır, nəticədə bu cür hadisələr daha çox müşahidə olunur. Yanğınların hansı səbəblərdən baş verdiyini bilmək isə onların qarşısının alınması, risklərin minimuma endirilməsi üçün vacib amillərdən biridir.
Bəs son 5 ildə Azərbaycanda qeydə alınan yanğınlar ən çox hansı səbəbdən yaranıb?
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-nın sorğusuna  cavab olaraq bildirilib ki, ötən beş il ərzində qeydə alınan yanğınların 45 faizi elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.
Məlumata görə, son beş ildə baş vermiş yanğınların 68 faizi yaşayış, 19 faizi nəqliyyat, 4 faizi meşə və açıq sahələrdə, 4 faizi isə ticarət obyektlərində qeydə alınıb.
Xədicə Paşayeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью