Azərbaycanda yaranan, dünyanın 54 ölkəsinə yayılan İDMAN | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Alpaqut idmanı Azərbaycanda yaranaraq dünyanın 54 ölkəsinə yayılan idman növüdür.
İdman növünün adı Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabından götürülüb.
Bu kitabda "alpaqut" sözü 3 dəfə çəkilib. Alpaqut "cəsur döyüşçü", "igid" deməkdir.
Qeyd edək ki, idman növü Vasif Namazov tərəfindən yaradılıb. 2014-cü il fevralın 12-də Dünya Alpaqut Federasiyası fəaliyyətə başlayıb.
2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib.
Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur.
Modern.az alpaqut idmanının yaradıcısı Kutsan Vasif Namazovla müsahibəni təqdim edir.
Tam oxu
Xəbəri oxu