Azərbaycanda yas mərasimində kabab verildi KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tərtərdə yas mərasimində ötən ay şırdan, bu ay isə kabab verilməsi diqqət çəkib.
KONKRET.az oxu24.az-a istinadən xəbər verir ki, Tərtər rayonunda keçirilən bəzi yas mərasimlərində verilən yeməklər sosial şəbəkələrdə və yerli ictimaiyyətdə narazılıqla qarşılanıb.
Belə ki, sakinlərin bildirdiyinə görə, ötən ay keçirilən yas mərasimlərindən birində qonaqlara şırdan təqdim edildiyi halda, bu ay baş tutan başqa bir mərasimdə kabab verilməsi diqqət çəkib.
Məsələ ilə bağlı dinşünas Tamilla Qulami fikirlərini bölüşüb: “Yas mərasimləri mərhumun xatirəsinin anılması və ailəyə mənəvi dəstək məqsədi daşımalı olduğu halda, son dövrlər süfrə bolluğu və yemək çeşidləri ön plana çıxır.
Bu isə həm ailələr üçün əlavə maddi yük yaradır, həm də yas adətlərinin mahiyyətinə zidd hesab olunur.
Yas mərasimlərində sadəliyə üstünlük verilməli, israfçılıqdan çəkinilməlidir.
Onların fikrincə, bu cür hallar cəmiyyətdə yanlış tendensiyaların formalaşmasına səbəb olur”, – deyə o bildirib.
Tam oxu
Xəbəri oxu