Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2019-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, Azərbaycanda ümumilikdə 178 erməni yaşayır. Onlardan 55-i kişi, 123-ü qadındır. Etnik ermənilərin 109-u şəhər, 69-u isə kənd əhalisi kimi qeydiyyata alınıb.
Yaş bölgüsünə görə, ölkədə yaşayan ən gənc ermənilər 30–34 yaş aralığındadır. Bu kateqoriyada 14 nəfər Azərbaycan vətəndaşı kimi qeydiyyatda olub. Ən çoxsaylı yaş qrupu isə 60–65 yaş aralığıdır – bu yaşda 25 erməni qeydə alınıb. Bundan əlavə, ölkə ərazisində 90–94 yaş aralığında olan 4 erməni də yaşayır.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ən çox erməni Bakı şəhərində məskunlaşıb. Paytaxtda 74 erməni yaşayır ki, onların 20-si kişi, 54-ü qadındır.
Bakıdan sonra ermənilərin ən çox yaşadığı rayon Şəmkirdir. Burada 38 erməni qeydə alınıb; onlardan 13-ü kişi, 25-i qadındır. Samux rayonunda 10, Abşeronda isə 8 erməni yaşayır.
Əhalisinin sayına görə Azərbaycanın ən böyük şəhəri olan Sumqayıtda 4, üçüncü böyük şəhər Gəncədə isə 1 erməni məskunlaşıb. Mingəçevir şəhərində 2 erməni yaşayır. Ermənilərin nisbətən çox məskunlaşdığı ərazilərdən biri də Abşeron rayonudur – burada 8 erməni qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasında isə ümumilikdə 5 erməni yaşayır.
Bundan başqa, Şamaxıda 5, Şabranda 4, Qəbələdə 3, İsmayıllıda 2, eləcə də Daşkəsən və Göygöl rayonlarında erməni əsilli şəxslər məskunlaşıb.
Qarabağ və Şərqi Zəngəzur bölgələrinə gəldikdə isə, bu ərazilərdə qeydiyyatda olan və Azərbaycan vətəndaşlığını qəbul etmiş ümumilikdə 7 erməni var. Onlardan 1 nəfər Ağdamda, 1 nəfər Ağcabədidə, 1 nəfər Tərtərdə, 1 nəfər Kəlbəcərdə, 3 nəfər isə Bərdədə qeydiyyatdadır.
Bundan əlavə, Goranboy, Ağstafa, Qazax, Tovuz, Xaçmaz, Siyəzən, Lənkəran və Oğuz rayonlarında da hər birində 1 nəfər olmaqla, etnik mənsubiyyəti erməni olan şəxslər yaşayır.