Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edildi

27.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycana vizasız gələn Rusiya vətəndaşlarının ölkədə bir təqvim ili ərzində 90 gündən artıq qalmasına qoyulan məhdudiyyət yetkinlik yaşına çatmayan şəxslərə də şamil edilir.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci il yanvarın 1-dən tətbiq edilən bu qayda Rusiya vətəndaşları ilə yanaşı, həmin ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə də aiddir.

Yetkinlik yaşına çatmayan şəxslərin valideynləri və digər qanuni nümayəndələri onların Azərbaycanda müvəqqəti olma müddətinə riayət edilməsini təmin etməlidirlər. Qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda isə həmin müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət edilməlidir.

Xidmət ölkədə qalma müddəti başa çatan, lakin Azərbaycanı tərk etməyən yetkinlik yaşına çatmayan şəxslərin valideynlərini mövcud vəziyyətin qanunvericiliyə uyğun həlli və ölkədən çıxış zamanı sərhəddən maneəsiz keçidin təmin edilməsi üçün quruma müraciət etməyə çağırıb.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindəki elektron kalkulyator vasitəsilə ölkədə müvəqqəti qalmaq üçün qalan günlərin sayını müəyyənləşdirmək mümkündür.

Xidmət xatırladıb ki, müvəqqəti olma müddəti uzadılmadıqda, müvəqqəti yaşama icazəsi alınmadıqda və ölkədə qalmaq üçün digər qanuni əsaslar olmadıqda Azərbaycan ərazisi tərk edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью