Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda yaşı 100-dən yuxarı olan 81 min 891 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qadınların 1%-nin və ya 51 min 355 nəfərinin, kişilərin isə 0,6%-nin və ya 30 min 536 nəfərinin yaşı 100-dən yuxarı olub.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlində ölkə əhalisinin sayı 10 milyon 224,6 min nəfər olub və onların 5 milyon 135,5 min nəfəri qadın, 5 milyon 89,4 min nəfəri isə kişi olub.
Murad Məmmədov