Azərbaycanda yaşıl enerji istehsalı ARTIB Deputat AÇIQLADI

23.11.2024

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faiz artıb.

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O, sözügedən artımı bu cür izah edib:

“Həmin dövrdə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt•st artaraq 3 315,3 mln. kVt•st təşkil edib. Külək elektrik stansiyalarında 44,8 mln. kVt•st, günəş elektrik stansiyalarında isə 515,3 mln. kVt•st enerji istehsal edilib. Hədəflər də ölçülə bilən və realdır”.

Millət vəkili bildirib ki, 2030-cu ildək Azərbaycanda ümumi enerji istehlakında yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz azaldılması nəzərdə tutulur:

“Son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir”.

Günay

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью