Azərbaycanda yaşlı qadın faciəvi şəkildə öldü

04.11.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Babək məhəlləsində qeydə alınıb.

Belə ki, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub. Xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью