Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək

04.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, tədbirin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Səudiyyə Ərəbistanı səfirliyi arasında təhvil-təslim aktı imzalanıb.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bu aksiyanın iki ölkənin müsəlman xalqları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəyini bildirib.

Qeyd olunub ki, qurban ətinin ümumi çəkisi 46.5 ton təşkil edir və 7 min ailəni əhatə edəcək.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью