Azərbaycanda yeni doğulan körpəyə banka qoyuldu KONKRET | Icma.az
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Azərbaycanda yeni doğulan körpəyə banka qoyulub.
KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, yayılan görüntülərdə azyaşlının anası uşağının böyrək nahiyəsinə banka qoyur. Bu, izləyicilər tərəfindən etirazla qarşılanıb.
Körpənin anası isə iradlarla razılaşmayaraq bundan əvvəlki uşağına da bu cür türkəçarə üsulundan istifadə etdiyini, üstəlik bankanı azyaşlının belində cəmi bir neçə saniyə saxladığını deyərək özünə haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, pediatrlar körpələrə banka qoyulmasının tibbi cəhətdən doğru olmadığını bildirirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu