Icma.az, Unikal.az saytına istinadən bildirir. Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir: - Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.
- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.
- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat. - Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat.
- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.
- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.
- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.