Azərbaycanda yeni futbol klubu yaradıldı

15.08.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda daha bir futbol klubu fəaliyyətə başlayıb.

BAKU.WS Sport1.az-a istinadən xəbər verir ki, "Zəngəzur" adlı komanda yeni mövsümdən Region Liqasında çıxış edəcək.

Klubun təsisçisi və prezidenti Şahin Məmmədovdur. Komanda Qərbi Azərbaycanı təmsil edəcək. "Zəngəzur" Region Liqasında paytaxt və Şimal zonasında mübarizə aparacaq. Klub ev oyunlarını Bakıda keçirəcək. Komandanın başlıca məqsədi çempion olaraq II Liqaya yüksəlməkdir.

Yeni yaranan komandanın büdcəsi 100 min manatdan çoxdur. Kollektivə Qərbi Azərbaycan İcmasının da dəstək olacağı vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью