Azərbaycanda yeni inşa olunan piyada keçidi uçdu

17.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.

Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью