Azərbaycanda yeni nazirlik yaradılır Hansı qurumlar ləğv ediləcək?

06.12.2024

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək.

Bu sırada xüsusən də Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "AzerGold " Qapalı Səhmdar Cəmiyyətinin adı çəkilir.

Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Soltan Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, “AzerGold” QSC-yə isə Zakir İbrahimov rəhbərlik edirlər.

Elnur, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью