Azərbaycanda yeni neft emalı zavodu tikiləcək BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB

11.06.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda son illərin ən böyük sənaye sərmayələrindən biri kimi yeni neft emalı zavodunun tikintisi layihəsi üzrə müvafiq qərar qəbul olunub.

Marja xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nazirin sözlərinə görə, layihənin təxminən 5-6 il ərzində başa çatdırılması gözlənilir.

“Bir müddət əvvəl ölkəmizdə bu sahədə son illərin ən böyük sərmayələrindən biri olan yeni neft emalı zavodunun qurulması və tikintisi barədə müvafiq qərar razılaşdırılıb və qəbul olunub. Bu nöqteyi-nəzərdən biz təxminən 5-6 il ərzində bu layihənin başa çatdırılmasını gözləyirik”, - deyə Mikayıl Cabbarov qeyd edib.

Nazir vurğulayıb ki, yeni zavod tam müasir tələblərə cavab verəcək. Onun sözlərinə görə, layihə yalnız sənaye və ekoloji standartlar baxımından deyil, həm də biznes modeli nöqteyi-nəzərindən bugünkü günün çağırışlarına uyğun olacaq.

Mikayıl Cabbarov bildirib ki, yeni neft emalı zavodu ənənəvi məhsullarla yanaşı, neft-kimya məhsullarının yeni nəslini də istehsal etmək imkanına malik olacaq.

Nazirin sözlərinə görə, hazırda layihənin icrasına müvafiq hökumət komissiyasının əlaqələndirməsi ilə başlanılıb. Layihə SOCAR tərəfindən dövlətin dəstəyi ilə həyata keçirilir.

Yeni zavodun istifadəyə verilməsi Azərbaycanın emal sənayesində əlavə dəyər yaradan istehsal imkanlarını genişləndirməsi, neft-kimya sektorunun inkişafı və ixrac potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

İş elanları AzVak.az-da

© İqtisadiyyat naziri Mikayıl Cabbarovun AZƏRTAC-a və İTV-yə müsahibəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью