Azərbaycanda yeni neft sazişi təsdiqləndi

27.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, müzakirələrin yekununda səsverməyə qoyulan sənəd deputatlar tərəfindən bir oxunuşda qəbul edilib.

Nazim Hacıyev ShopByBro


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью