Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 10% ə yaxın artıb

11.03.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin yanvar-fevral aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA)vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu göstəricinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 345,4 milyon manatdan və ya 9,7%-dən çoxdur. İndiyədək ölkə ərazisində 104.995 ədəd yeni nəsil NKA quraşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью