Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % ə yaxın artıb

08.05.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 246,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.

525.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, indiyə qədər Azərbaycan ərazisində 105 885 ədəd yeni nəsil NKA quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью