Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 14 % artıb

05.06.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.

Bu il iyunun 1-nə qədər ölkədə 113 935 ədəd NKA quraşdırılıb.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью