Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 26 mlrd. manatı ötüb

12.11.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

2026-cı ilin yanvar-oktyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 395,5 milyon manat, yaxud 14,9 faiz çoxdur.

"APA-Economics" bu barədə Dövlə Vergi Xidmətinə istinadən xəbər verir.

İndiyədək ölkə ərazisində 117.553 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью