Azərbaycanda yeni PUA hazırlandı FOTOLAR

21.04.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanda yeni pilotsuz uçuş aparatı (PUA) hazırlanıb.

Bu barədə “Yeni Sabah”a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-dən məlumat verilib.

Bildirilib ki, PUA Milli Aviasiya Akademiyasında istehsal olunub. 

“Akademiyanın peşəkar mütəxəssislərin yüksək keyfiyyətlə ərsəyə gətirdiyi bu qurğu texniki imkanları ilə seçilir”, - qurumdan qeyd olunub.

Dron Xəzər dənizində 10 kilometr məsafəyə qədər 10 kiloqramadək yük çatdırılması, eləcə də aeroçəkilişlər üçün nəzərdə tutulub.

Cihaz aeroçəkiliş rejimində 40 dəqiqə, fasiləsiz yükdaşıma rejimində isə 30 dəqiqə havada qala bilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью