Icma.az bildirir, GlobalInfo portalına istinadən. Azərbaycanda “Reklam haqqında” qanuna edilən dəyişikliklər geniş müzakirələrə səbəb olub.
Buna əsasən, bloqerlər və influenserlər sınamadıqları məhsulları istifadə edirmiş kimi təqdim edib reklam edə bilməzlər.
Həmçinin hər bir influenser artıq VÖEN sahibi olmalı və hüquqi məlumatlarını açıq şəkildə qeyd etməlidir.
Bu dəyişikliklərlə sosial mediada “gizli reklam”, “aldadıcı kontent” və “rəqəmsal xaos” dövrünün tədricən sona çatması və ədalətli rəqabət mühitinin formalaşması gözlənilir.
Bununla belə, bəzi vətəndaşlar belə nəzarətin çətin olacağını düşünür, digərləri qərardan sonra blogerlərin reklam qiymətlərini artıracağını deyirlər.
Sözügedən dəyişikliklər nə vəd edir? Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, heç kim vergidən yayına bilməz: “Reklam gəli
Təbii ki, aparıcılar, bloger və influserlər də reklamlardan əldə etdiklərini gəlirə görə vergi ödəməlidirlər.
Bəzən bunu müəyyən etmək çətin olur. Ona görə də hazırda dünyada vergi araşdırmaları ciddi şəkildə aparılır.